Avropa
Bu ölkə Rusiya ilə sərhəddə keçid məntəqələrini tam qapatdı
Rusiya ilə sərhəddə iki keçid məntəqəsi - Parikkala və İnari Finlandiya hakimiyyəti tərəfindən tamamilə bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə cümə axşamı, oktyabrın 24-də ölkənin sərhəd xidməti məlumat yayıb. Departamentin press-relizində qeyd olunur ki, müvəqqəti keçid məntəqələrinin açılması və bağlanması barədə qərarı Finlandiya və Rusiyanın sərhəd xidmətlərinin rəhbərləri verir.
“Oktyabr ayında yuxarıda adı çəkilən xidmətlər Parikkala və İnaridəki müvəqqəti keçid məntəqələrini bağlamaq qərarına gəliblər”, - departamentin açıqlamasında bildirilir.
Sərhədçilər qərarın icrası üçün zəruri tədbirlər görəcək, o cümlədən avtomobillər üçün sərhəd keçid nişanlarının söküləcəyi dəqiqləşdirilir. Finlandiya Sərhəd Mühafizəsinin məlumatına görə, İnari və Parikkalada nəqliyyatın hərəkəti 2022-ci ildə dayandırılıb. Bildirilir ki, müvəqqəti keçid məntəqələrinin fəaliyyətinin gələcəkdə bərpası sərhəd-keçid məntəqələri haqqında sazişə uyğun olaraq mümkündür.
Xatırladaq ki, bu ilin aprelində Finlandiya parlamenti Rusiya ilə sərhəddə avtonəqliyyat vasitələrinin keçid məntəqələrini həmişəlik bağlamaq qərarına gəlib.
Tural
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri
-
İKT11:06
“Whatsapp”a "ev yıxan" yenilik gəlir
-
Yaxın Şərq10:30
Rusiyanın hərbi bazaları necə olacaq? - Suriyanın yeni hakimiyyətindən rəsmi açıqlama
-
Avropa09:18
Zelenski Parisdə Trampa görün nə deyibmiş: Putin yalnız ondan qorxur və...
-
Dünya09:12
Ağlasığmaz məbləğ: Əsəd Suriyadan bu qədər pul çıxarıb
-
İdman08:48
Qurban Qurbanovun oğlu "Traktor"a transfer olunur?
-
Nəqliyyat08:36
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
ABŞ08:00
ABŞ-da güclü zəlzələ oldu