Avropa
Bəzi Avropa ölkələrində gənclərin əksəriyyəti valideynləri ilə yaşayır - SİYAHI
Avropada gənclərin əksəriyyətinin valideynləri ilə yaşamağa davam etdiyi ölkələr əsasən Cənubi və Şərqi Avropa ölkələridir.
Publika.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və “Eurostat”ın məlumatlarına əsasən, bu ölkələrdə gənclər ata evini daha gec yaşda tərk edirlər.
Avropa İttifaqının Statistika Ofisi “Eurostat”ın hesablamalarına görə, Aİ-də yetkin insanlar valideynlərinin evindən orta hesabla 26 yaşında çıxırlar. Lakin bu yaş ölkədən ölkəyə fərqli olaraq dəyişir. Məsələn, Finlandiya, İsveç və Danimarkada gənclər adətən 21 yaşında evi tərk edirlər. Əksinə, Xorvatiya, Slovakiya, Yunanıstan, İspaniya, Bolqarıstan və İtaliyada isə bu, adətən, ən azı 30 yaşına qədər baş vermir.
OECD-in məlumatlarına əsasən, hazırda valideynləri ilə yaşayan gənc yetkinlərin sayı Cənubi Avropa ölkələrində yüksək səviyyədədir. Belə ki, ailəsi ilə birlikdə yaşayan 20-29 yaşlı gənclərin ən yüksək nisbəti 80 faizlə İtaliyada, 78 faizlə Yunanıstanda, 77 faizlə İspaniyada və 76 faizlə Portuqaliyada qeydə alınıb. Müqayisə üçün, bu nisbət Britaniyada 43 faiz, ABŞ-da isə 39 faizdir. Skandinaviya ölkələrində - Norveç, Finlandiya, İsveç və Danimarkada isə göstərici 20 faizdən də aşağıdır.
“Eurostat”ın məlumatlarına əsasən, İtaliya və Rumıniya Aİ-də ən yüksək NEETS (təhsil, məşğulluq və ya təlimdə olmayan 15-29 yaş arası şəxslər) göstəricisi olan ölkələr arasındadır.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı