Avropa
Argentina Prezidenti İtaliya vətəndaşı oldu
İtaliyanın Baş naziri Corciya Meloni Argentina Prezidenti Xavyer Mileyə İtaliya vətəndaşlığı verib.
Publika.az xəbər verir ki, Mileyin İtaliya kökləri var. Onun ata tərəfdən nənə və babası İtaliyanın cənubundakı Kalabriya əyalətindən olub və Argentinaya mühacirət ediblər. Beləliklə o, vətəndaşlığı “qan hüququ” prinsipi əsasında alıb. Mileyin siyasi məsləhətçisi olan kiçik bacısı Karinaya da vətəndaşlıq verilib.
Qeyd edək ki, Mileydən əvvəl də ikili vətəndaşlığı olan Argentina Prezidenti olub. 215-2019-cu illərdə Argentinaya başçılıq edən Maurisio Makri italyan mühacirin oğlu olduğu üçün İtaliya pasportuna sahib idi.
Argentina Konstitusiyası prezidentlərin ikinci vətəndaşlığa sahib olmasını qadağan etmir.
Xatırladaq ki, Argentina dövlət başçısı dekabrın 13-də Meloni ilə görüşmək və “İtaliya Qardaşları” partiyasının illik qurultayında iştirak etmək üçün İtaliyaya səfər edib.
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər
-
MDB09:42
Prezident işarə verdi: Satqın ermənini biz öldürmüşük
-
Avropa09:24
Bu Avropa ölkəsində məktəbdə qətliam: 10 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO
-
Dünya09:00
Güclü zəlzələ daha bir ölkəni YERİNDƏN OYNATDI
-
İdman06:46
“Barselona”nın ulduzu həyat yoldaşına sürpriz etdi - FOTO