Avropa
Şoltsa etimad göstərilmədi: növbədənkənar seçkilər keçiriləcək?
Dekabrın 16-da Almaniya parlamentində (Bundestaqda) Federal Kansler Olaf Şoltsun koalision hökumətinə etimad səsverməsi keçirilib.
Publika.az xəbər verir ki, Azad Demokrat Partiyanın (FDP) ayrılmasından sonra Sosial Demokrat Partiya (SPD) və Yaşıllar Partiyasından ibarət koalision hökumət fəaliyyətini davam etdirməsi üçün lazımi səs çoxluğunu toplaya bilməyib.
Şolts hökumətinə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməli idi. Lakin deputatlardan 207-si hökumətin lehinə, 394-ü əleyhinə səs verib, 116 deputat isə bitərəf qalıb.
Beləliklə, normal təqvimlə 2025-ci il sentyabrın 28-də keçirilməli olan parlament seçkiləri hökumət böhranından sonra razılaşdırılmış tarixdə - fevralın 23-də baş tutacaq.
Hökumətə etimad göstərilməməsi nəticəsində Federal Prezident Frank-Valter Ştaynmayer parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən geci 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.
-
ABŞ16 Dekabr 22:02
Tramp Zelenskini andiçmə mərasiminə dəvət etmədiyini açıqladı
-
Hadisə16 Dekabr 21:49
Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi - VİDEO
-
İdman16 Dekabr 21:00
“Qarabağ”dan DARMADAĞIN
-
Dünya16 Dekabr 20:40
Ukraynanın gizli silahı: təyyarələri vura bilən lazer
-
Qoroskop16 Dekabr 20:30
Yanvarda bu bürclərin başından pul töküləcək
-
Magazin116 Dekabr 19:40
"Onunla salamlaşmağı özümə ayıb bilirəm" - Tanınmış rejissordan aktrisaya ağır sözlər
-
Nəqliyyat16 Dekabr 18:50
Hansı küçələrdə tıxac var? - SİYAHI
-
Magazin116 Dekabr 18:10
Xalq artisti xəstəxanaya yerləşdirildi