İdman
Messi bir reklama görə lənətlənir: Ronaldo bunu etməzdi - FOTOFAKT
"İnter Mayami"nin futbolçusu Lionel Messinin "İnstaqram"da reklam postunun qiyməti 4,9 milyon dollardır. Qiymətə görə haqlıdır. Argentinalı ulduz futbolçunun 504 milyon abunəçisi var.
Publika.az xəbər verir ki, son vaxtlar Leo təkcə başqalarının şirkətlərini deyil, həm də öz layihələrini reklam edir. Bunlardan biri "MM Winemaker SA"dan eksklüziv şərab xəttinin reklamıdır. Messi şərab zavodu ilə əməkdaşlıq edir. Onun şəkli şüşələrin üzərinə yerləşdirilir. Qiymət isə 60 avrodur. Amma layihə gözlənilmədən nifrət dalğasına tuş gəlib.


"Ronaldo heç vaxt spirtli içkiləri təbliğ etməyəcək"

"Spirtli içkilərə yox deyin!"

"Əgər Messi bu pisliyi sevirsə, mən Kriştiano fanatıyam"

"Hey Leo, bəlkə sən də prezervativ satırsan?"
Qəribə reaksiyadır. Axı Messi artıq spirtli içkilərin reklamında iştirak edib. 2020-ci ildə "Budweiser" "Barselona" ilə oyunlarda Leonun qol vurduğu qapıçılara pivə göndərib. Məntiq sadə olub: hər buraxılmış qol üçün bir şüşə içki. Cəmi 644 şüşə pivə istehsal edilib.

Və o zaman heç bir qınama yox idi. Narazılığın əsas səbəbi etiketdir. Dizaynerlər şərbın üzərində Messinin fotosunu “GOAT” sözü olan (Bütün zamanların ən yaxşısı) formada hazırlayblar. Azarkeşlər Messinin bu dizaynı şəxsən bəyəndiyini düşünüb və onu boşboğazlıqda ittiham edirlər.

"Bu adam tarixdə ən böyük olmaq istəyir ki, insanları sərxoş etsin".

"Özünüzü ən böyük adlandırmaq rəzalətdir".

"Bu cırtdanın eqosu araşdırılmalıdır".

"Messi gənclər üçün pis nümunədir! Əsl GOAT Kriştiano Ronaldo gənclərə qazlı içkilərdən belə çəkinməyi tövsiyə edərkən, o, necə spirtli içkiləri reklam edə bilər?!"
Əslində, Messi yalnız şərab zavodu ilə əməkdaşlıq edir və onun sahibi deyil. Kolleksiyanın reklamına görə o, böyük qonorar alacaq, çünki təqdimat uğurlu alınıb. Gözlənilməz nifrətə baxmayaraq, brend nümayəndələri artıq bütün məhsulun satıldığını elan ediblər. Ancaq bu, pərəstişkarları dayandırmır: bəziləri içkini və Lionelin prinsiplərini tənqid edir, digərləri sadəcə kumirlərinə aid yeni suvenirə görə sevinirlər.

“Bu, rəngli suya bənzəyir. Messi belə iyrənc içki hazırladığına görə mühakimə olunmalıdır”.

"İçmək üçün səbəbiniz bitəndə: Messi üçün"

“Satışdan əldə olunan gəliri o, 4,1 milyon avro vergi borcu olduğu İspaniya hökumətinə verəcəkmi? Şübhə edirəm".

"İsa şərab da yaratdı, elə deyilmi?"
Heybət
-
MDB09:18Göyərtəsində 425 sərnişin olan təyyarə Moskvadan qalxdı: Az sonra siqnal verdi ki...
-
Magazin108:42Namiq Mənanın oğlu niyə evlənmir? - Səbəbini özü açıqladı - VİDEO
-
İdman07:35Qalmaqal: Premyer Liqa klubunun sahibi gizli mərc sindikatı yaradıbmış
-
Qoroskop00:55Günün ulduz falı: Yeni ideyalarınız diqqət çəkəcək
-
Hadisə3 Dekabr 22:50Bakıda restoranda yanğın baş verdi - VİDEO
-
İdman3 Dekabr 22:08Qurban Qurbanov o iddialara belə cavab verdi: “Keçmişə qayıtmağa ehtiyac yoxdur”
-
ABŞ3 Dekabr 21:39Melaniya Trampa və İlon Maska ŞOK - ABŞ vətəndaşlığını itirə bilərlər
-
İdman3 Dekabr 20:36Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı
























.jpg)










