Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Bizi izləyin

Avropa

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək

Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandırmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ölkənin xarici işlər nazirlərinin ilk iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Kallas qeyd edib ki, Aİ ölkədə repressiya və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə qarşı şəxsi sanksiyaların tətbiqi barədə razılığa gələ bilməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm