Avropa
Avropanın təhlükəsizliyi üçün radikal plan təklif edildi: ABŞ əvəzinə Rusiya ilə...
Yeni seçilmiş prezident Donald Tramp NATO-dan çıxmaq qərarına gəlsə, Rusiya və Avropa ölkələri ABŞ-ın iştirakı olmadan öz təhlükəsizlik arxitekturasını təşkil edə bilər.
Publika.az xəbər verir ki, bu fikri Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer "RİA Novosti" ilə söhbətində bildirib.
O, Trampın Avropanın müdafiəyə daha çox sərmayə qoymayacağı təqdirdə Vaşinqtonun Şimali Atlantika Alyansından çıxa biləcəyi ilə bağlı açıqlamalarını xatırladaraq deyib:
“Biz sizdən pul istəmirik, cənab prezident. İstəyirsinizsə, çıxın. Biz təhlükəsizliyimizi təşkil edirik və hətta bir gün ortaq təhlükəsizlik siyasətinin olması üçün ruslarla danışa bilərik”.
Onun sözlərinə görə, 1990-cı illərdə Rusiya ilə NATO arasında bağlanmış müqavilənin ilkin ideyası ümumi təhlükəsizlik arxitekturasının yaradılması olub, lakin bu yanaşmadan imtina edilib.
Nimayer vurğulayıb ki, əgər ABŞ hərbi blokdan çıxmaq istəsə, o zaman avropalılar ruslarla danışıqlar apararaq vəziyyəti hər iki tərəf üçün daha təhlükəsiz edəcək hərbi əməkdaşlıq sazişi əldə edə bilərlər.\
Ləman
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
Region10:32Malxasyan öldü
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir




















.png)
















