Almaniya ilə bağlı bəd xəbər: Geri dönüşü olmayan nöqtəyə yaxınlaşır
Bizi izləyin

Avropa

Almaniya ilə bağlı bəd xəbər: Geri dönüşü olmayan nöqtəyə yaxınlaşır

Hazırda Almaniyanın iqtisadi potensialının göstəriciləri pandemiyadan əvvəlki dövrdən aşağı səviyyəyə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi analitiklərin hesablamalarına istinadən məlumat yayıb.

Analitiklərin fikrincə, Almaniya indi geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.

Nəşr qeyd edir ki, Almaniya iqtisadiyyatı koronavirus pandemiyasından əvvəl müşahidə olunan artım tendensiyasından 5% kiçikdir.

Analitiklər baş verənlərin əsas səbəblərindən birinin alman avtomobil konserninin istehsal etdiyi avtomobillərin vəziyyətinin pis olması və ucuz rus enerji mənbələrindən imtina olduğunu qeyd edirlər.

Analitiklər əlavə ediblər ki, Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətinin azalması bu çatışmazlığın böyük hissəsinin ödənilməsini çox çətinləşdirəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm