Boris Conson Yeni il komediyasında rol aldı
Bizi izləyin

Avropa

Boris Conson Yeni il komediyasında rol aldı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın “31 dekabra gedən qatar” adlı Yeni il komediyasında rol alıb.

Publika.az xəbər verir ki, bu barədə əsas rollardan birinin ifaçısı, teleaparıcı Yuri Qorbunov sosial şəbəkələrdəki hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, filmin premyerası yanvarın 1-nə planlaşdırılıb. Ssenariyə əsasən, hadisələr qatarda baş verir. Yeni il qabağı sərnişinlər Lvova yollanır və orada onları qeyri-adi sərgüzəştlər, görüşlər gözləyir.

Conson filmdə üzərində “Ukrzaliznıtsi” yazılmış baş geyimində səhnə alır, “Slava Ukraine!” qışqıraraq ukraynalıları Yeni il münasibətilə təbrik edir və məşhur “Hello everybody” ifadəsini səsləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm