Qarabağ
Xankəndidə bayram bayrama qarışdı - FOTO
Xankəndi şəhərinin Zəfər meydanında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələrinin, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb.
Bayram tədbirində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açılıb. Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbulu üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlanıb. Dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, hər il dekabrın 31-i xalqımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.
Xankəndi şəhərində dekabrın 27-dən keçirilən “Qış nağılı” yarmarkasına da yüksək maraq var. Yarmarkanın qonaqları müxtəlif suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Şərq, Qərb mətbəxinin unikal ləzzətli təamlarını dada bilirlər. Qonaqlar tematik guşələrə baş çəkir, soyuq qış günündə isti içkilərlə isinir, müxtəlif oyunlar oynayır, sevdikləri ilə birlikdə əsl Yeni il ab-havası yaşayırlar.
Rəngarəng işıqlandırma, foto çəkdirmək üçün bir-birindən maraqlı stendlər, içərisində dadlı təamlar olan taxta evlər bu məkanı uşaqdan-böyüyə hər kəs üçün cəlbedici edir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































