Avropa
Bu şəhəri 3 gündə 100 mindən çox turist ziyarət etdi
Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhərini ötən üç gün ərzində rekord sayda insan ziyarət edib.
Publika.az xəbər verir ki, Neretva çayı sahilindəki şəhər ötən ilin son günü və bu ilin ötən günlərində 100 mindən çox ziyarətçi qəbul edib.
Ölkənin beşinci ən böyük şəhəri olan və Avropanın ən gözəl şəhərləri siyahısında yer alan Mostar terrasvari arxitekturası, Osmanlı və Xorvatiya memarlığının sintezi olan küçələri və multikultural quruluşu ilə dünyanın hər yerindən turistləri özünə cəlb edir.
Mostar şəhərinin Neretva çayı üzərində salınan eyniadlı qədim körpüsü ölkənin simvolik tikililərindəndir. Osmanlı dövrünə aid ən mühüm abidələrdən olan və XVI əsrdə tikilən Mostar körpüsü uzun illər Balkan İslam mədəniyyətinin ən gözəl nümunələrindən biri hesab edilib. Körpü Avropanın ən möhtəşəm tarixi körpüləri siyahısında yer alır və müxtəlif illərdə barbarlığın simvoluna çevrilib. Körpü qədim Mostar şəhəri ilə birlikdə 2005-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.
-
Rəsmi xronika10:53
Prezident sağ qalan təyyarə bələdçiləri ilə görüşdü
-
ABŞ10:12
ABŞ İran üçün “fatihə” verdi: Döyüşmək iqtidarında deyil
-
Yaxın Şərq09:18
Suriya Berboku indi də belə alçaltdı: fotolarını görün hansı formada yaydılar
-
Sağlamlıq07:47
Bu yemək dünyada 20 min insanın ölümünə səbəb olub
-
Magazin207:30
Madonna 28 yaşlı sevgilisi ilə nişanlanacağına EYHAM VURDU - FOTO
-
Ekologiya07:17
Yeni ilin ilk iş günündə hava necə olacaq? - PROQNOZ
-
ABŞ06:46
ABŞ-da son 10 ilin ən güclü qarı yağacaq
-
Səhiyyə05:15
Nadir beyin xəstəliyi 69 yaşlı kişidə zarafat asılılığı yaratdı