Yaxın Şərq
Suriya Berboku indi də belə alçaltdı: fotolarını görün hansı formada yaydılar
Yeni administrasiyaya yaxın Suriya xəbər kanalları Almaniya xarici işlər naziri Annalena Berbokun səfərinin şəkillərini dərc edib.
Publika.az xəbər verir ki, fotoların üzərində nazirin görüntüsü retuş edilib. Hətta Almaniyanın xarici işlər nazirini bulanıqlığa görə tanımaq çətin olub.
Eyni zamanda onun fransalı həmkarı Jan-Noel Barro suriyalı siyasətçilərin yanında retuşsuz təsvir olunub.

Fotoları paylaşan "Almharar" kanalı bu günə qədər ölkədə hakimiyyəti öz əlinə almış ən böyük müxalifət hərəkatı olan Azad Suriya Ordusu ilə əlaqələndirilir. Eyni zamanda Suriyanın rəsmi xəbər agentliyi “Sana” heç bir retuş edilmədən fotoşəkilləri yayıb.
Almaniyanın "Bild" nəşri əlavə edib ki, hətta səfər zamanı Suriyanın yeni lideri, görünür, qadın olduğu üçün Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilə əl sıxmaqdan imtina edib.

Qeyd edək ki, Avropa İttifaqı Suriyanın yeni liderləri ilə əlaqələri yaxşılaşdırmağa və Rusiyanın müharibədən əziyyət çəkən ölkədə təsirini azaltmağa çalışır. Bunun üçün ilk addım Almaniya və Fransa xarici işlər nazirlərinin yanvarın 3-də Dəməşqə səfəri olub. Səfər zamanı Suriyanın yeni administrasiyasının nümayəndələri Berbokla əl sıxmaqdan imtina ediblər. Almaniyalı nazir hökumət kollegiyasından enərək ölkənin yeni administrasiyasının nümayəndə heyətinə yaxınlaşanda suriyalı siyasətçilər əllərini sinələrinə qoyublar.
Akqabay
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya18 İyun 17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş





































