Avropa
Britaniyanın iki bölgəsində fövqəladə vəziyyət elan edildi
Böyük Britaniyanın Linkolnşir və Leysterşir bölgələrində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Publika.az xəbər verir ki, Linkolnşir bölgəsində güclü yağışlar ibtidai məktəblərdən birində çətin vəziyyət yaradıb. Edenham məktəbində yanğınsöndürmə xidmətinin tövsiyəsi ilə valideynlərə uşaqlarını götürmək qadağan edilib, çünki daşqın ərazidə avtomobillərin hərəkətini mümkünsüz hala gətirib.
Leysterşir yanğın və xilasetmə xidməti isə bölgədə geniş yayılmış daşqınlarla bağlı 200-dən çox çağırış aldığını və bu səbəbdən fövqəladə vəziyyət elan etdiyini bildirib. Yanğınsöndürənlər indiyədək daşqın sularında ilişib qalan avtomobilləri azad edib və 17 nəfəri xilas edib.
Hava proqnozlarına əsasən Britaniyada daha çox yağış gözlənilir və vəziyyətin daha da pisləşə biləcəyi ehtimal edilir.
-
İqtisadi gündəm11:36
Xəbərdarlıq edildi: İlin sonuna qədər qızıl bahalaşaraq bu qiymətə olacaq
-
Sosial11:06
Onların kredit borcları silindi
-
Dünya10:18
Dünyanın ən dəhşətli tıxacları olan şəhərlər açıqlandı - Bakı var?
-
Qoroskop09:38
Məşhur astroloqdan 4 bürcə müjdə: bu il milyonçu olacaqlar
-
Dünya09:13
Qorxunc proqnoz: Bu tarixdə ölkədə 14 yaşından kiçik yalnız bir uşaq qalacaq
-
Region08:24
Türkiyə səhər saatlarında SİLKƏLƏNDİ
-
Avropa07:47
Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu
-
Avropa07:30
Almaniya “gələcəyin döyüş maşını”nı bu ölkəyə TƏHVİL VERDİ