Avropa
Almaniya və Ukrayna birgə hərbi-müdafiə müəssisəsi açdı

“Leopard 2” tanklarını istehsal edən Almaniyanın “KNDS Deutschland” şirkəti Ukraynanın müdafiə şirkətlərindən biri ilə rəsmən birgə müəssisə açıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin bildirib.
“KNDS Deutschland” ilə Ukraynanın müdafiə müəssisələrindən biri arasında birgə müəssisənin rəsmi açılışını elan etməkdən məmnunam”, - deyə Smetanin əlavə edib.
Nazirin sözlərinə görə, yeni yaradılan şirkət alman şirkətinin Ukrayna Müdafiə Qüvvələrinə verdiyi hərbi texnikanın texniki xidməti və təmiri üzrə ixtisaslaşacaq.
“Ukraynalı mütəxəssislər artıq Almaniyada təlim keçiblər və ilk sistemlər artıq obyektlərdə quraşdırılıb”, - deyə Smetanin bildirib.
Birgə müəssisənin işi həm də investisiya və iş yerləri vasitəsilə iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəstəkləyəcək.
Xatırladaq ki, hələ 2024-cü ilin martında Paris və Berlin, xüsusən də tanklar istehsal edən Fransa-Almaniya şirkəti KNDS-ə Ukraynada filial yaratmaq imkanı verəcək razılaşma əldə etmişdilər.

-
ABŞ08:24
ABŞ-ın vitse-prezidenti Zelenski ilə görüşəcək - Çantasında nələr var?
-
Art06:16
Ceyran Rəhimova Afaq Bəşirqızı ilə bir arada - FOTO
-
Dünya05:45
Bu dənizdə 7,6 bal gücündə ZƏLZƏLƏ OLDU
-
Qoroskop03:13
Vanqanın SEÇDİYİ TƏK BÜRC - Unikal qabiliyyətə malikdirlər
-
Ekologiya01:41
Paytaxt yolları buz bağladı - FOTO
-
Magazin100:30
Zaur əsl yaşını açıqladı: 20 il cavan görünürmüş...
-
İKT00:15
Sosial medianın QORXULU FƏSADI - Vəziyyəti daha da pisləşdirir
-
Ekologiya8 Fevral 23:36
Bakıya qar yağır - FOTO/VİDEO