Dünya
Ruslardan Türkiyəyə təsir edəcək qərar: indi də ora üz tutdular
Ucuz tətil üçün innovativ axtarışda olan ruslar Yaponiyadan sonra Maldiv adalarına maraq göstərməyə başlayıblar. Bu vəziyyət qarşıdan gələn yay mövsümündə Türkiyə üçün mənfi hal kimi qiymətləndirilir.
Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.
Məlumata görə, Maldiv adalarında tur şirkətləri tərəfindən təklif olunan kurort otellərində bir həftəlik tətil 400 min rubldan (6 700 AZN) başlayır və bu qiymətlər tamamilə rahatlığa və əlavə xidmətə yönəldilib.
Fərdi planlaşdırma ilə isə iki nəfərlik Maldiv tətilinin ümumi dəyəri təxminən 300 min rubla (5 min AZN) endirilə bilər. Məsələn, Rasşua və Ukulhas kimi adalarda gecələmənin qiyməti 5-7 min rubl (84-118 AZN) arasında dəyişir. Yerli kafelərdə iki nəfərlik şam yeməyi orta hesabla 20 dollara (34 AZN) başa gəlir.
Nəşr qeyd edir ki, Soçidə və ya Krımda dördulduzlu oteldə bir həftəlik tətillə müqayisədə bu məbləğ kifayət qədər məqbuldur.
Tur operatorlarının hesabatlarına görə, Maldiv adalarının populyarlığı artmaqda davam edir, 2024-2025-ci il qış mövsümündə bu istiqamətə tələbat 15-25 faiz artıb.
Roza
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu












.jpg)















.jpg)


