Sosial
Bu cərimələr 13 dəfəyədək artırıldı - SİYAHI
Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.
Publika.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir.
Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.
Bəzi digər qayda pozuntuları üzrə cərimələr dəyişməz qalıb. Məsələn, eskalatordan istifadə zamanı sürahinin üzərinə əşya qoymağa görə cərimə 20 manatdır.
Eskalatorun sürahisini çıxarmaq, “Stop” düyməsindən zərurət olmadan istifadə etmək, siqaret çəkmək, qatar hərəkətdə olarkən vaqonun qapılarını açmaq, qatarın hərəkətini gecikdirmək, özbaşına dəmir yoluna düşmək və ya tunellərə, xidmət otaqlarına daxil olmaq kimi hallara görə isə cərimə 50 manat təşkil edir.
Həmçinin, Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.
-
Region16:28
Türkiyədə oteldə dəhşətli yanğın: 66 ölü, 51 yaralı - YENİLƏNDİ
-
Hadisə16:21
Bakıda məşhur iş adamı həbs olundu
-
Sosial15:54
Prezidentin köməkçiləri hansı universitetlərin məzunlarıdır? - FOTO
-
Hadisə15:08
Hərbçimiz vəfat etdi - FOTO
-
İdman14:12
Ən gözəl qadın futbolçu göz yaşı içində VİDEO paylaşdı
-
Cənubi Qafqaz13:59
Üç kənd qaytarılır, Azərbaycan bu yolla İrəvana nəzarət edəcək - DETALLAR
-
Dünya12:56
Silahlı Qüvvələrin baş psixiatrı saxlanıldı: Bu qədər mənzili, 4 “BMW”-ni necə əldə edib? - FOTOLAR
-
Sosial12:30
Bu cərimələr 13 dəfəyədək artırıldı - SİYAHI