Trampdan REAL ÇAĞIRIŞ: "Zelenski Moskvanı hədəf almamalıdır"
Bizi izləyin

Avropa

Trampdan REAL ÇAĞIRIŞ: "Zelenski Moskvanı hədəf almamalıdır"

Trampdan REAL ÇAĞIRIŞ: "Zelenski Moskvanı hədəf almamalıdır"

"Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanı nişan almamalıdır".

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib.

Agentlik başqa təfərrüatları açıqlamayıb.

ABŞ prezidentinin şərhləri "Financial Times" qəzetinin Tramp və Zelenski arasında baş tutmuş söhbətə dair versiyasını dərc etməsindən sonra ortaya çıxıb. Qəzetə görə, Ağ Evin rəhbəri Rusiyanı danışıqlar masasına oturtmaq strategiyası çərçivəsində Kiyevə Moskvaya və Sankt-Peterburqa zərbələr endirməyi tövsiyə edib.

Amerikanın “Washington Post” qəzeti də mənbəyə istinadən məqalə dərc edib və iddia edib ki, ABŞ prezidenti guya Ukrayna liderini Moskva və Sankt-Peterburqa təzyiqləri artırmağa çağırıb və ondan Rusiya paytaxtına niyə zərbə endirmədiyini soruşub.

Daha sonra Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, Amerika lideri Moskva və Sankt-Peterburqa zərbələr endirməyə çağırmayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm