Avropa
Ruslara və belaruslara bu ölkədə əmlak almaq qadağan edildi
Finlandiya ruslara və belaruslara ölkədə daşınmaz əmlak əməliyyatları aparmağı qadağan edib.
Publika.az xəbər verir ki, qadağa iyulun 15-də qüvvəyə minib. Bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen “X” sosial şəbəkəsində bildirib.
"Bu, çoxdan təxirə salınmış mühüm islahatdır", - nazir yazıb. O, əlavə edib ki, qanunun qəbul edilməsindən və qüvvəyə minməsindən məmnundur. Hakkanenin fikrincə, tədbir ölkənin təhlükəsizliyini gücləndirməyə kömək etməlidir.
Finlandiya hökuməti 2025-ci ilin fevralında ruslar və belaruslar üçün daşınmaz əmlakın alınmasına qadağa qoyulması ilə bağlı qanun layihəsini parlamentə təqdim etmişdi.
Sənəddə deyilirdi ki, bu ölkələrin vətəndaşları Finlandiyanın milli təhlükəsizliyinə təhlükə yarada bilər.
Tural
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO


































.jpg)



