Avropa
Danimarka Qrenlandiyada NATO bazasının olmasını istəyir: Kimdən ehtiyat edirlər?
Danimarka hökuməti Rusiyadan gələn təhdidləri əsas gətirərək Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) bazasını Qrenlandiya ərazisində yerləşdirmək imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu fikri “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin səsləndirib.
Onun sözlərinə görə, Danimarka regional təhlükəsizlik üçün risklərin yaradılması ilə bağlı Moskvaya qarşı ittihamlardan istifadə edir. Eyni zamanda, krallığın hakimiyyət orqanları Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qrenlandiyaya ərazi iddialarından ehtiyat edərək, Arktika zonalarında qeyri-regional NATO üzvlərinin hərbi mövcudluğunun gücləndirilməsinin tərəfdarıdır.
Barbin vurğulayıb ki, Kopenhagenin təşəbbüsü ilə Fransa silahlı qüvvələrinin Qrenlandiya regionunda fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Danimarka tərəfi isə Parislə müdafiə sahəsində əməkdaşlıqla məhdudlaşmağı planlaşdırmır - onun genişləndirilməsi Almaniya, Böyük Britaniya və blokun digər adi iştirakçılarının iştirakı ilə planlaşdırılır.
Diplomatın fikrincə, belə addımlar Arktika regionunda hərbi-siyasi vəziyyətin daha da pisləşməsinə səbəb olacaq.
Tural
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO


































.jpg)



