Britaniyanın nüvə sualtı qayıqları eyni vaxtda hərəkətə keçdi - Nə baş verir?
Bizi izləyin

Avropa

Britaniyanın nüvə sualtı qayıqları eyni vaxtda hərəkətə keçdi - Nə baş verir?

Britaniyanın nüvə sualtı qayıqları eyni vaxtda hərəkətə keçdi - Nə baş verir?

Böyük Britaniya “Vanguard” tipli dörd nüvə sualtı qayığından üçünü eyni vaxtda dənizə çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, bu vəziyyət qeyri-adi hesab olunur. Mənbənin sözlərinə görə, normal şəraitdə döyüş növbətçiliyində adətən yalnız bir sualtı qayıq olur.

Sualtı qayıqların eyni vaxtda dənizə çıxarılmasının rəsmi səbəbi açıqlanmayıb.

Ekspertlərin qiymətləndirməsinə görə, sualtı qayıqlardan biri nüvə döyüş başlıqları ilə təchiz edilmiş silahlarla planlı döyüş patrulunu yerinə yetirir. İkinci sualtı qayığın patrul növbəsinin planlı şəkildə dəyişdirilməsinə hazırlaşdığı, üçüncünün isə dəniz sınaqlarında iştirak etdiyi ehtimal olunur.

Dördüncü sualtı qayıq həmin vaxt texniki xidmət üçün bazada qala bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm