Parisdə aksiyalara qismən qadağa qoyuldu
Bizi izləyin

Avropa

Parisdə aksiyalara qismən qadağa qoyuldu

Parisdə aksiyalara qismən qadağa qoyuldu

Paris polis prefekturası oktyabrın 29-30-da keçiriləcək aksiyalara qismən qadağa qoyub.

Publika.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məhdudiyyətlər oktyabrın 29-da tələbələrin təşkil etməyi planlaşdırdığı aksiyaya şamil olunub. Prefektura etiraz aksiyasının keçirilməsinə icazə verib, lakin küçələrdə yürüşün təşkilini qadağan edib.

Məhdudiyyətlər oktyabrın 30-na planlaşdırılan digər aksiyalara da şamil olunub: onlardan biri “sarı jiletlilər”in, digəri isə ticarətçilər həmkarlar ittifaqının təşəbbüsü ilə keçiriləcəkdi.

Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəni əhatə edib. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxmağa başlayıblar.

Oktyabrın 18-də prezident Emmanuel Makron fövqəladə müraciətlə çıxış edərək hökumətdən etirazların bir daha təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib. Siyasətçi iğtişaşlara görə məsuliyyət daşıyanların cəzalandırılacağına və zərər çəkmiş bizneslərə dəstək göstəriləcəyinə söz verib. Makronun rəqibləri onun çıxışını “acınacaqlı” adlandıraraq sosial narazılığa görə məsuliyyəti prezidentin üzərinə qoyublar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm