Bu ölkə Aİ-ni ittiham etdi: Plan var, iş yoxdur
Bizi izləyin

Avropa

Bu ölkə Aİ-ni ittiham etdi: Plan var, iş yoxdur

Bu ölkə Aİ-ni ittiham etdi: Plan var, iş yoxdur

Avstriya müdafiə nazirinin müavini Arnold Kammel Aİ-nin müdafiə təşəbbüslərinə yanaşmasını tənqid edərək, Brüsselin özünü "iddialı başlıqlarla" məhdudlaşdırmağa meylli olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, həmçinin Aİ-nin planlarını həyata keçirə bilmədiyini deyib. Tənqid Brüsseldə keçirilən Müdafiə və Təhlükəsizlik üzrə Avropa Konfransı çərçivəsində səsləndirilib.

Kammel həmçinin Aİ Müqaviləsinin qarşılıqlı müdafiə bəndinin tətbiqi məsələsinə də toxunub. O hesab edir ki, müzakirələr konkret bir ssenari ilə əlaqələndirilməməli, daha çevik bir yanaşma tətbiq edilməlidir.

Tənqid Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyenin Avropa Təhlükəsizlik Şurası yaratmaq çağırışları fonunda səslənib.

Avstriya NATO üzvü deyil və neytrallığını qoruyur. Ölkə Aİ-nin müdafiə proqramlarında iştirak etsə də, alyansın hərbi əməliyyatlarında iştirak etmir. Vyananın təhlükəsizlik məsələlərində mövqeyi alyansın əksər digər üzvlərinin mövqeyindən fərqlənir.

Aİ Müqaviləsinin 42.7-ci maddəsi üzv dövlətləri silahlı hücum halında bir-birinə yardım göstərməyə məcbur edir. Bu, praktikada tətbiq olunmayıb. 2026-cı ildə Aİ öz mexanizmlərinin aydınlaşdırılmasını müzakirə edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm