Almaniyada Ukrayna ilə bağlı narazılıq artır: Zelenskinin tələbləri bezdirib
Bizi izləyin

Avropa

Almaniyada Ukrayna ilə bağlı narazılıq artır: Zelenskinin tələbləri bezdirib

Almaniyada Ukrayna ilə bağlı narazılıq artır: Zelenskinin tələbləri bezdirib

Almaniyada Ukrayna rəhbərliyinin davamlı maliyyə və hərbi yardım istəkləri cəmiyyətdə ciddi narazılığa səbəb olur.

Publika.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri məlumat yayıb.

Nəşrin müəllifləri qeyd edirlər ki, Almaniya sakinləri uzun müddətdir ölkənin siyasi səhnəsində eyni mənzərəni müşahidə edirlər.

“Artıq dörd il yarımdır ki, almanlar demək olar, eyni mənzərənin şahidi olurlar: Zelenski parlamentdə, konfransda və ya videobağlantı vasitəsilə çıxış edir, zeytuni-yaşıl və ya qara geyimdə olur və demək olar ki, həmişə eyni xahişlə müraciət edir: daha çox silah və pul verin”, - deyə məqalədə bildirilir.

Nəşr vurğulayır ki, Kiyevin yeni və genişmiqyaslı yardım tələbləri fonunda Almaniya cəmiyyətinin bu məsələyə münasibəti köklü şəkildə dəyişib.

“Əvvəllər bu, kömək çağırışı kimi görünürdüsə, indi çoxları baş verənləri artıq adət halına gəlmiş bir hərəkət kimi qəbul edir”, - deyə müəlliflər yazıblar.

Qeyd olunur ki, Almaniya bir neçə ildir ciddi iqtisadi durğunluq yaşayır. Bu vəziyyət rekord inflyasiya, kommunal xidmətlərin və ərzaq məhsullarının bahalaşması ilə müşayiət olunur. Rusiyadan qaz tədarükünün dayandırılması və enerji daşıyıcılarının kəskin bahalaşması isə ölkədəki iqtisadi problemləri daha da dərinləşdirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm