Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
Bizi izləyin

Avropa

Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür

Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür

Oktyabrın 31-də Fransanın müxtəlif şəhərlərində keçiriləcək kütləvi etiraz aksiyalarına 500 min nəfərədək insanın qatılacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə RMC radiostansiyası təhlükəsizlik sahəsindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, paytaxt Parisdə aksiyalara 100-150 min nəfərin, Parisdən kənarda keçiriləcək nümayişlərə isə 350 minədək insanın qatılacağı proqnozlaşdırılır.

Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb. Sonradan aksiyalar ölkə üzrə yayılıb. Etirazçılar daha sonra yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına da etiraz ediblər.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm