16 il dərsə girmədi, maaşını aldı, biznes qurdu - 62 yaşlı müəllimin fırıldağı
Bizi izləyin

Avropa

16 il dərsə girmədi, maaşını aldı, biznes qurdu - 62 yaşlı müəllimin fırıldağı

16 il dərsə girmədi, maaşını aldı, biznes qurdu - 62 yaşlı müəllimin fırıldağı

Almaniyada 62 yaşlı müəllimin 16 il ərzində işə çıxmadan tam əməkhaqqı alması ilə bağlı böyük dələduzluq qalmaqalı yaşanır.

Publika.az xəbər verir ki, 2009-cu ildə xroniki xəstəlik və psixoloji problemlər səbəbindən xəstəlik məzuniyyətinə çıxan kollec müəllimi 16 il ərzində iş yerinə qayıtmayıb. Buna baxmayaraq, onun əməkhaqqı tam həcmdə ödənilib.

Məlumatı Britaniyanın Daily Mail nəşri yayıb.

Müəllim xəstəlik məzuniyyətinə çıxdıqdan üç ay sonra müstəqil tibbi komissiyanın müayinəsindən keçməli idi. Lakin bu müayinə baş tutmayıb və onun xəstəlik məzuniyyəti illərlə uzadılıb.

Araşdırmaya əsasən, qadın həmin müddətdə aldığı vəsait hesabına kosmetik kremlərin istehsalı üzrə şəxsi biznes qurub. O, həmçinin dayvinqlə məşğul olub.

Hadisə 2024-cü ildə təhsil müəssisəsinin rəhbərliyində dəyişiklik edildikdən sonra üzə çıxıb. Məlum olub ki, əvvəlki direktor müəllimi heç vaxt görməyib və onun rəhbərlik etdiyi müəssisədə çalışdığından xəbərsiz olub.

Yeni direktor qadından tibbi müayinədən keçməyi tələb edib. Lakin müəllim bundan imtina edərək rəhbərliyə qarşı məhkəmə iddiaları qaldırmağa çalışıb. Onun iddiaları rədd edilib.

Müəllim ən azı 250 min avro məbləğində dələduzluqda ittiham olunur.

Hüquqşünasların bildirdiyinə görə, 16 il ərzində ödənilmiş vəsaitin geri qaytarılması çətin ola bilər. Çünki qadının bütün bu müddətdə səhhəti barədə bilərəkdən yalan məlumat verdiyini sübut etmək hüquqi baxımdan mürəkkəbdir. (Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm