Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
Bizi izləyin

Avropa

Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı

Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı

Avropanı bürüyən etiraz aksiyaları Polşaya da çatıb.

Publika.az Varşava polisinə istinadən xəbər verir ki, artıq paytaxtda təşkil olunan etirazlar zamanı saxlanılanlar da var. Varşava polisi "X" sosial şəbəkə hesabında yaydığı məlumata görə, Konstitusiya Məhkəməsinin ərazisinə daxil olan üç nəfəri saxlanılıb.

"Polis hasardan aşaraq Konstitusiya Məhkəməsinin ərazisinə daxil olanları saxlayıb", - deyə paylaşımda yazılıb.

Varşava polisi həmçinin bəyanedib ki, əvvəllər Polşa Baş Prokurorundan, daha sonra isə Konstitusiya Məhkəməsinin nümayəndələrindən etirazlarla əlaqədar məhkəmənin təhlükəsizliyini təmin etmək üçün sorğular alıblar.

Qurum paylaşımında onu da vurğulayib ki, "polis Konstitusiya Məhkəməsi binasının içərisində olmayıb. Polislər yalnız ətraf əraziləri qorumaqla məhdudlaşıblar".

Xatırladaq ki, oktyabrın 30-da axşam saatlarında Varşavada Konstitusiya Tribunalının qarşısına toplaşan bir qrup etirazçı binaya girməyə cəhd edib. Lakin polislərin operativ müdaxiləsi nəticəsində onların planı pozulub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm