Avropa
Bu ölkədə hərbi xidməti könüllü oldu
Böyük Britaniya hakimiyyəti ölkənin silahlı qüvvələrində xidmətin könüllü əsasda qalmasına qərar verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Böyük Britaniyanın müdafiə nazirinin müavini Kelvin Beyli parlament deputatı Qreqori Kempbellin sorğusuna yazılı cavabında bildirib ki, orduda xidmət məcburi olmayacaq.
“Hazırda hökumət ümumi hərbi çağırışın bərpa edilməsini planlaşdırmır. 1963-cü ildən bəri hökumətlər ölkəmizin müdafiəsini təmin etməyin ən yaxşı yolunun könüllülər əsasında formalaşdırılan peşəkar ordu olduğu siyasətini rəhbər tutublar”, — deyə Beyli cavab verib.
O, Britaniya komandanlığının sərəncamında strateji ehtiyat qüvvələrinin olduğunu xatırladıb. Rəsmi şəxs ehtiyatda olan hərbçilərin qoşunların sayını artırmaq və ixtisaslaşmış işləri yerinə yetirmək üçün xidmətə cəlb oluna biləcəyini vurğulayıb.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa31 Oktyabr 17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 31 Oktyabr 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
































.jpg)
.jpg)
