Avropa
Paris yenidən qarışır - 320 min nəfər küçələrə axışdı
Fransada yaşayış xərclərinin artmasına qarşı şənbə günü keçirilən kütləvi nümayişlərdə təxminən 320 min nəfər iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə BFMTV hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Paytaxt polisinin məlumatına görə, Parisdə nümayişlərə 70 min nəfər qatılıb.
Həmkarlar ittifaqları isə ölkə üzrə etirazçıların sayının təxminən 500 min nəfər olduğunu, onlardan 200 mininin Parisdə iştirak etdiyini bildirirlər.
Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin keçirdiyi nümayişlərlə başlayıb və tədricən bütün ölkəyə yayılıb. Daha sonra nümayişçilər yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxmağa başlayıblar.
Oktyabrın 18-də Prezident Emmanuel Makron təcili müraciətlə çıxış edərək hökumətdən etirazların bir daha təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib. Siyasətçi iğtişaşlarda təqsirli olanların cəzalandırılacağına və zərər çəkmiş bizneslərə dəstək göstəriləcəyinə söz verib. Makronun rəqibləri onun çıxışını “acınacaqlı” adlandırıb və sosial narazılığa görə məsuliyyəti prezidentin üzərinə qoyublar.
Hüseyn İbadlı
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa31 Oktyabr 17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib































.jpg)
.jpg)
