Almaniyada on minlərlə gənc etiraz aksiyalarına qoşuldu
Bizi izləyin

Avropa

Almaniyada on minlərlə gənc etiraz aksiyalarına qoşuldu

Almaniyada on minlərlə gənc etiraz aksiyalarına qoşuldu

Almaniyanın 30-dan çox şəhərində gənclərin sosial tələblərlə bağlı keçirdiyi etiraz aksiyalarında 100 mindən çox insan iştirak edib.

Publika.az xəbər verir ki, “Gen Z regelt” təşəbbüsünün çağırışı ilə təşkil olunan nümayişlərdə təhsil üçün maliyyənin artırılması, yaşayış xərclərinin azaldılması, sosial ədalətin təmin edilməsi və iqlimin qorunması tələb olunub. Aksiya iştirakçıları sosial sahədə ixtisarların və hərbi xərclərin artırılmasının əleyhinə çıxıblar.

Berlin, Hamburq, Münxen, Leypsiq, Ştutqart, Frankfurt-Mayn, Köln və digər şəhərlərdə minlərlə insan küçələrə çıxıb. İctimai asayişin təmin olunması üçün təhlükəsizlik tədbirlərinə xeyli sayda polis əməkdaşı cəlb olunub. Berlində və digər şəhərlərdə bahalı butiklərin giriş və vitrinləri xüsusi vasitələrlə örtülüb.

Əksər şəhərlərdə nümayişlər axşama qədər dinc şəraitdə davam etsə də, Köln və Hamburqda qarşıdurmalar qeydə alınıb. Kölndə nümayişçilərin pirotexniki vasitələrdən istifadə etməsi və üzlərini gizlətməsi səbəbindən yürüş qadağan olunub. Polis su şırnaqlarından istifadə edib. Hamburqda isə polis əməkdaşlarına pirotexniki vasitələr və müxtəlif əşyalar atılıb.

Təşkilatçılar gənclərin gələcəyinə diqqət yetirilməsini və onların tələblərinin dinlənilməsini istəyirlər. Təhlükəsizlik orqanları aksiyaların radikal qruplar tərəfindən yönləndirilməsi ehtimalı barədə xəbərdarlıq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm