Avropa
Fransada etiraz aksiyaları zamanı 422 şəxs saxlanıldı
Fransada alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq keçirilən nümayişlər zamanı polis 422 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Naziri Loran Nunyez məlumat verib.
Daxili İşlər nazirliyindən bildirilib ki, “razılaşdırılmış etiraz aksiyaları çərçivəsində keçirilən yürüşlər insidentsiz başa çatıb”. Bununla yanaşı, “Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lion da daxil olmaqla, bir sıra şəhərlərdə radikal əhval-ruhiyyəli şəxslər vandalizm və talan aktları törətmək məqsədilə yürüşlər başa çatdıqdan sonra şəhər mərkəzlərinə daxil olmağa cəhd ediblər”.
Məlumata görə, Parisdə polis hüquq-mühafizə orqanlarının əməkdaşlarını daş və butulkalarla atəşə tutmağa başlayan aqressiv etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və səs-küylü qumbaralardan istifadə edib.
Oktyabrın 31-də keçirilən etiraz aksiyaları oktyabrın 17 və 24-də baş tutmuş genişmiqyaslı nümayişlərin davamı olub. Həmin aksiyalar Fransanın bir sıra şəhərlərində polislə toqquşmalar, iğtişaşlar və mağazaların talan edilməsi ilə müşayiət olunmuşdu.
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
































.jpg)
.jpg)
