Haaqa polisi 34 gənc etirazçını saxladı
Bizi izləyin

Avropa

Haaqa polisi 34 gənc etirazçını saxladı

Haaqa polisi 34 gənc etirazçını saxladı

Haaqanın mərkəzində gənclərin kortəbii etiraz aksiyası zamanı polis 34 nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır. Onlar, o cümlədən zorakılıq tətbiq etməkdə, pirotexniki vasitələrdən qanunsuz istifadə etməkdə və üzü gizlədən geyimlərin geyinilməsinə qoyulan qadağanı pozmaqda şübhəli bilinirlər.

Toqquşmalar zamanı aksiya iştirakçıları polis əməkdaşlarına yandırılmış pirotexniki vasitələr atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri xəsarət alıb və eşitmə qabiliyyətinin zədələnməsi şübhəsi ilə xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, mağazaların qarət edilməsinin və vandalizm hallarının qarşısını almaq mümkün olub.

Haaqa Sahibkarlar Assosiasiyasının rəhbəri Bas Vinkler bildirib ki, vitrinlərin fanerlə örtülməsi və ticarət obyektlərinin fəaliyyətinin müvəqqəti dayandırılması da daxil olmaqla, əlavə təhlükəsizlik tədbirləri yerli biznesə minlərlə avroya başa gələ bilər. O, bələdiyyə ilə bu cür təhdidlərə qarşı görüləcək tədbirləri, həmçinin icazəsiz etiraz aksiyalarına və qarətlərə çağırışlar yayan şəxslərdən dəymiş zərərin ödənilməsinin tələb olunması imkanını müzakirə etmək niyyətindədir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm