Avropa
Kiyev qaranlığa qərq oldu
Kiyevdə elektrik enerjisinin verilişi dayanıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “İnsayder” nəşri məlumat yayıb.
Nəşr işıqsız qalmış küçələrin görüntülərini yayımlayıb.
Ukraynanın “5-ci kanal”ının məlumatına görə, Kiyevin bəzi rayonlarında 16 saatdan çoxdur elektrik enerjisi yoxdur. Paytaxtın Dnepr çayının sol sahilində yerləşən Troyeşina yaşayış massivi tamamilə işıqsız qalıb.
Strana.ua nəşrinin məlumatına görə, Kiyev sakinləri paytaxtda elektrik enerjisinin hətta müəyyən edilmiş qrafiklərə uyğun olaraq da verilmədiyindən şikayət edirlər. DTEK enerji holdinqinə şikayət göndərmək ya mümkün olmur, ya da oradan göstərilən ünvanda elektrik enerjisinin olduğunu bildirirlər.
Rusiya Silahlı Qüvvələrinin enerji obyektlərinə zərbələri fonunda Kiyevdə elektrik enerjisi ilə bağlı vəziyyət kritik həddə çatıb. Şəhərdə elektrik enerjisinin sərt kəsilmə qrafikləri tətbiq edilib. KİV-in məlumatına görə, bəzi rayonlarda elektrik enerjisi cəmi 1,5 saatlıq veriləcək. Bundan əlavə, 80 mindən çox ailənin evində hələ də elektrik enerjisi yoxdur. Kiyevin meri Vitali Kliçko bildirib ki, şəhərdə yalnız elektrik enerjisi ilə deyil, su təchizatı ilə bağlı da fasilələr yaranıb.
Hüseyn İbadlı
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır































.jpg)

.jpg)