Avropa
Z nəsli Berlini qarışdırdı - 60-dan çox şəxs saxlanıldı
Berlində etiraz aksiyaları zamanı 60-dan çox insan saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları "X" sosial şəbəkəsindəki səhifələrində məlumat yayıblar.
Günorta saatlarında Brandenburq qapıları yaxınlığında “Gen Z Regelt” (“Z nəsli qərar verir”) gənclər hərəkatının çağırışı ilə aksiya keçirilib. Aksiya zamanı beş nəfər müvəqqəti saxlanılıb. Polis tədbirin ümumilikdə dinc şəraitdə keçdiyini bildirib.
Daha sonra solçu radikalların yürüşü zamanı çoxsaylı hüquq pozuntuları qeydə alınıb. Polisin məlumatına görə, təxminən 60 nəfər əmlaka zərər vurmaqda, xəsarət yetirməkdə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə, silah və partlayıcı maddələr haqqında qanunvericiliyi, eləcə də ictimai asayişi pozmaqda şübhəli bilinərək saxlanılıb.
Almaniya paytaxtında asayişin qorunmasına ümumilikdə təxminən 1,5 min polis əməkdaşı cəlb edilib. Toqquşmalar nəticəsində 27 polis əməkdaşı yüngül xəsarət alıb. Onların hamısı xidmətlərini davam etdirə bilib.
Bundan əvvəl Almaniyanın “Bild” qəzeti oktyabrın 31-də ölkənin Berlin, Hamburq, Köln, Münhen və Frankfurt da daxil olmaqla, 20-dən çox şəhərində genişmiqyaslı gənclər etiraz aksiyalarının planlaşdırıldığını yazıb. Bununla belə, Almaniyanın xüsusi xidmət orqanları və Daxili İşlər Nazirliyi rəsmi dinc nümayişlərin radikallar tərəfindən ələ keçirilə biləcəyindən narahatdır.
Etirazçıların əsas tələbləri arasında təhsil sistemində islahatların aparılması, yaşayış xərclərinin artımına qarşı tədbirlərin görülməsi və Almaniyada məcburi hərbi xidmətin bərpasından imtina edilməsi yer alır.
Hüseyn İbadlı
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO

































.jpg)

.jpg)