Ünal Üsteldən dialoq təklifi
Bizi izləyin

Avropa

Ünal Üsteldən dialoq təklifi

Ünal Üsteldən dialoq təklifi

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) təbii qaz və içməli su tədarükü ilə bağlı yunan Kiprinin hakimiyyəti ilə əməkdaşlığa hazırdır.

Publika.az xəbər verir ki, ŞKTC Baş naziri Ünal Üstel bunu Nikosiya və Aİ strukturlarının Türkiyədən Şimali Kiprə qaz kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı mənfi reaksiyasına münasibət bildirərkən bildirib.

Baş nazir qeyd edib: “Beynəlxalq platformalarda daim şikayət etmək əvəzinə, Kiprin yunan hakimiyyəti Lefkoşa tərəfindən göstərilən əməkdaşlığa müsbət yanaşmalıdır. Biz yunan Kiprinin sakinlərinə su və qaz tədarükü məsələləri ilə bağlı dialoqa açığıq”.

ŞKTC Baş naziri Lefkoşanın diplomatik fəaliyyətləri və Kiprin yunan hissəsi administrasiyasının BMT-yə və Aİ-yə göndərdiyi məktubları yaxından izlədiyini vurğulayıb. “Yunan Kiprinin sakinlərinin birtərəfli hərəkətləri Şimali Kipr xalqının hüquq və mənafelərini görməzdən gəlir və adada sülhün bərqərar olmasını gecikdirir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Nikosiyanın ŞKTC tərəfindən həyata keçirilən layihələrə müdaxilə etmək hüququ yoxdur. “Kiprdə davamlı sülhə və sabitliyə nail olmaq üçün iki xalqın və iki ayrı dövlətin mövcudluğunu tanımaq lazımdır. Bu, hər iki tərəfin maraqlarına uyğundur”, - deyə siyasətçi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm