Fransa prezidentliyinə namizəd Polşada etirazçıları dəstəklədi
Bizi izləyin

Avropa

Fransa prezidentliyinə namizəd Polşada etirazçıları dəstəklədi

Fransa prezidentliyinə namizəd Polşada etirazçıları dəstəklədi

Fransa prezidentliyinə namizəd, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot Varşavada Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq keçirən polyaklara dəstək verib.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Polşa xalqı Avropayönümlü dövlət çevrilişinin qarşısını almaq üçün gecə-gündüz Konstitusiya Məhkəməsinin qarşısında düşərgə salıb!” - deyə o, hadisə yerindən video paylaşaraq bildirib.

Filippot həmçinin Polşa və Fransanı Avropa İttifaqından çıxmağa çağırıb.

Oktyabrın sonunda Polşada siyasi böhran yaranıb. Oktyabrın 30-da axşam saatlarında Varşavada Konstitusiya Tribunalının binası qarşısına etirazçılar toplaşıb. Onlardan bəziləri binaya daxil olmağa cəhd göstərib, lakin polis tərəfindən saxlanılıblar. Toplaşanlar arasında “Hüquq və Ədalət” partiyasının sədri və müxalifət lideri Yaroslav Kaçinski, eləcə də keçmiş baş nazir Mateuş Moravetski də olub.

Hadisələr məhkəmənin rəhbərliyi ətrafında yaranan münaqişə səbəbindən baş verib. Bununla əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala uçuşunu yarımçıq saxlayaraq Varşavaya qayıdıb. O, məhkəmə binasına daxil olmağa cəhd edib və bu zaman qarşıdurma yaşanıb. Daha sonra Navrotski “konstitusion dövlət orqanının güc yolu ilə ələ keçirilməsi” barədə bəyanat verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm