Britaniya şirkətləri ölkədən qaçır: Səbəb vergilərdir
Bizi izləyin

Avropa

Britaniya şirkətləri ölkədən qaçır: Səbəb vergilərdir

Britaniya şirkətləri ölkədən qaçır: Səbəb vergilərdir

Britaniyanın enerji şirkətləri hökumətin qeyri-sabit vergi siyasətinə görə investisiyalarını Yaxın Şərqə yönəldirlər.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Ölkənin böyük qaz anbarlarından biri olan “Hill Top”un sahibi “Kistos” şirkəti yüksək vergilərə görə Britaniyada yeni investisiyaları dayandırmaq qərarına gəlib. Bunun əvəzinə şirkət Omanın neft yataqlarına 148 milyon dollar yatırıb. Şirkət rəhbərliyi bu ölkədə vergi rejiminin daha əlverişli olduğunu bildirib.

“Kistos”un rəhbəri Piter Mannın sözlərinə görə, Britaniyada vergi siyasətinin qeyri-sabitliyi neft-qaz sektoruna investisiyaları azaldır. Bu arada, Şimal dənizində hasilatın azalması və qaz anbarlarının çatışmazlığı ölkənin enerji təhlükəsizliyini təhdid edir. Hazırkı ehtiyatlar Britaniyanın cəmi 6-7 günlük qaz tələbatını ödəyə bilər.

“The Guardian” da xəbərdarlıq edib ki, hökumət təcili tədbirlər görməsə, ölkə 2030-cu illərdə qaz böhranı ilə üzləşə bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm