Avropa
Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
Avropanın bir neçə ölkəsində supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar edildikdən sonra Böyük Britaniyada pərakəndə satış şəbəkələrinə xəbərdarlıq olunub.
Publika.az “The Telegraph”a istinadən xəbər verir ki, Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniyada onlarla supermarket hakerlərin hücumuna məruz qalıb. Fransada isə bir neçə həftə əvvəl yüzlərlə ərzaq mağazasında oxşar hallar qeydə alınmışdı.
Hakerlər soyuducu sistemlərinə uzaqdan müdaxilə edərək temperaturu bəzi hallarda 80 dərəcəyədək artırıblar. Nəticədə böyük həcmdə ərzaq məhsulları xarab olub.
Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi mümkün hücumların qarşısını almaq üçün pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq etdiyini açıqlayıb. Hökumət isə fövqəladə hallara hazırlıq məqsədilə vətəndaşlara ən azı üçgünlük ərzaq və zəruri ehtiyat saxlamağı tövsiyə edir.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...














.jpg)



















.jpg)
.jpg)

