Krit adası sahillərində güclü zəlzələ baş verdi
Bizi izləyin

Avropa

Krit adası sahillərində güclü zəlzələ baş verdi

Krit adası sahillərində güclü zəlzələ baş verdi

Yunanıstanın Krit adası sahillərində zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat yayıb.

Yeraltı təkanlar noyabrın 3-də, çərşənbə axşamı, yerli vaxtla saat 13:03-də (Bakı vaxtı ilə 15:03) qeydə alınıb. Zəlzələnin maqnitudası 4,9 olub. Seysmoloqlar bunu episentr bölgəsində dağıntılara səbəb ola biləcək kifayət qədər güclü zəlzələ hesab edirlər.

Zəlzələnin episentri təxminən 12 min nəfər əhalisi olan İerapetra şəhərindən 103 kilometr cənub-şərqdə, 137 min nəfərin yaşadığı İraklion şəhərindən isə 167 kilometr məsafədə yerləşib. Ocaq 5 kilometr dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm