"Mayami masası" uğrunda gərgin mübarizə - Ukraynanın taleyi onsuz həll edilə bilməz
Bizi izləyin

Avropa

"Mayami masası" uğrunda gərgin mübarizə - Ukraynanın taleyi onsuz həll edilə bilməz

"Mayami masası" uğrunda gərgin mübarizə - Ukraynanın taleyi onsuz həll edilə bilməz

Rusiya Prezidenti Vladimir Putin Mayamidə keçiriləcək G20 sammitinə qatılacağı təqdirdə, Ukrayna da münaqişənin nizamlanmasının müzakirəsində iştirak etməlidir.

Publika.az "Politico"ya istinadla xəbər verir ki, bu fikri Almaniya kansleri Fridrix Merts səsləndirib.

Merts Ukraynanın taleyinin onun nümayəndələrinin iştirakı olmadan həll edilməsini də, dekabrda keçiriləcək “Böyük iyirmilik” sammitinə Rusiya liderinin dəvət olunmasını da “qətiyyən qəbuledilməz” adlandırıb.

“Ukrayna danışıqlar masası arxasında olarsa, Avropa da orada olacaq”, – deyə Almaniya kansleri bildirib.

O vurğulayıb ki, Avropa nizamlanma prosesində iştirak etmək istəyir və etməlidir. Onun sözlərinə görə, sülh nizamlanmasının sanksiyalar və təhlükəsizlik arxitekturası da daxil olmaqla, əsas elementlərini yalnız avropalılarla razılaşdırmaq mümkündür.

Ukrayna lideri Volodimir Zelenski isə bildirib ki, ABŞ və Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsini müzakirə edə bilməz.

Onun sözlərinə görə, bunun üçün digər ölkələrin dəstəyi lazımdır və həmin ölkələrin hamısı Avropada yerləşir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm