Avropa
Tutduğu balıq sayəsində milyonçu oldu
Avstraliyanın Darvin şəhərinin sakini balıq ovu yarışmasında təsadüfən iştirak edərək gözlənilmədən böyük məbləğdə pul mükafatı qazanıb.
Publika.az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.
26 yaşlı Metyu Moris xaricdən gələn qardaşı ilə balıq tutmağa yollanıb. Onun sözlərinə görə, balıq ovu sadəcə qohumu ilə vaxt keçirmək üçün bəhanə olub. Qardaşı ilə söhbət edərkən Moris təsadüfən uzunluğu təxminən 80 santimetr olan ağ dəniz xanısını tutub. Balığın üzərində qırmızı nişan olub.
Məlum olub ki, Million Dollar Fish balıq ovu müsabiqəsinin təşkilatçıları regionun su hövzələrinə üzərində nişanlar olan 100 dəniz xanısı buraxıblar. Bu balıqları tutanlara 10 min Avstraliya dolları (6,96 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulub. Qırmızı nişanlı balığı tutan şəxs isə 1 milyon Avstraliya dolları (696 min ABŞ dolları) məbləğində baş mükafat qazanıb.
Maraqlıdır ki, qələbəsi onun üçün tamamilə gözlənilməz olan qalib müsabiqənin rəsmi iştirakçısı kimi qeydiyyatdan keçməyib, çünki yarışda iştirak etmək niyyətində olmayıb. Şanslı balıqçı jurnalistlərə bildirib ki, qazandığı pulla, çox güman ki, ev alacaq.
Hüseyn İbadlı
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
















.jpg)













.jpg)



