Avropa
Moskva tək qalır: Dost ölkə də Rusiya neft və qazından tam imtina edir
Macarıstanın xarici işlər naziri Anita Orban “Telex”ə verdiyi müsahibədə Budapeştin Rusiya neftindən imtina etmək niyyətində olduğunu bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Macarıstanın MOL neft-qaz şirkəti hazırda ölkəni yanacaqla təmin etmək üçün Xorvatiyanın JANAF operatoru vasitəsilə Rusiyadan kənar neftin idxalı məsələsi üzərində işləyir.
Bundan əlavə, Macarıstan rəhbərliyi Rusiya qazının tədricən dayandırılması üçün Avropa Birliyi tərəfindən müəyyən edilmiş son tarixə riayət etmək niyyətindədir.
"Avropa İttifaqı Rusiya təbii qazının tədricən dayandırılması üçün dəqiq bir son tarix müəyyən edib: 2027-ci ilin payızı", - Orban deyib.
Nazir əlavə edib ki, Macarıstan da alternativ neft mənbələri axtarır, çünki Rusiyanın “Lukoyl” və “Rosneft” şirkətlərindən alış-verişə icazə verən ABŞ sanksiyalarından müvəqqəti güzəşt müddəti 21 noyabrda başa çatır. Onun sözlərinə görə, Serbiya, Rusiya və Macarıstan tərəfləri hazırda “Qazprom”a məxsus olan Serbiyanın NIS neft şirkətindəki MOL-un payını almaqda qətiyyətlidirlər.
Yanvar ayında Avropa Birliyi Şurası 2027-ci il yanvarın 1-dən etibarən Rusiya qazının Aİ-yə tədarükünün tamamilə qadağan edilməsini rəsmən təsdiqləyib.
Müəllif: Tural
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq


















.jpg)

.jpg)














