Avropa
“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
Rumıniya sahillərində "Ayaz bəy" yedək gəmisi batıb.
Publika.az xəbər verir ki, Rumıniya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gəmidə olan yeddi dənizçidən üçü xilas edilib, qalan dördü isə gəmini tərk etməkdən imtina edib. Bütün heyət Türkiyə vətəndaşlarından ibarət olub.
Hadisə, "Mentor" gəmisinin Türkiyəyə yedəklənməsi əməliyyatı zamanı baş verib. Əməliyyatda Türkiyə bayrağı altında üzən iki yedək gəmisi - "Ayaz bəy" və "Ramazan bəy" iştirak edib. Çətin hava şəraiti səbəbindən yedək kabelləri qırılıb və "Ayaz bəy" gəmisi "Mentor" gəmisi ilə toqquşub və batıb.
Xilasetmə əməliyyatını həyata keçirmək üçün Rumıniya agentlikləri, o cümlədən Daxili İşlər Nazirliyinin iki gəmisi səfərbər edilib. Rumıniya Dənizdə Xilasetmə Agentliyinə məxsus "Ares" axtarış-xilasetmə gəmisi də səylərə qoşulub. Dəniz Xilasetmə Koordinasiya Mərkəzi bütün əməliyyatları əlaqələndirib.
“Ayaz bəy” və “Ramazan bəy” böyük gəmilərin daşınmasında ixtisaslaşmış Türkiyə yedək gəmiləridir. Keçmişdə də bu cür əməliyyatlar zamanı yedək xəttinin qırılması halları qeydə alınıb.
Müəllif: Tural
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO




















.jpg)
.jpg)













