Sabah Fransada nə baş verəcək? - Noyabrın 5-i “yüksək riskli gün” elan edildi
Bizi izləyin

Avropa

Sabah Fransada nə baş verəcək? - Noyabrın 5-i “yüksək riskli gün” elan edildi

Sabah Fransada nə baş verəcək? - Noyabrın 5-i “yüksək riskli gün” elan edildi

Fransada noyabrın 5-də keçiriləcək etiraz aksiyalarında 500 mindən 780 minədək insanın iştirakı gözlənilir. Parisdə isə nümayişçilərin sayının 40-80 min arasında olacağı proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, Fransa Ərazi Kəşfiyyat Xidməti həmin günü "yüksək riskli gün" kimi qiymətləndirib. Hesabatda xüsusilə şəhər mərkəzlərində zorakılığın arta biləcəyi bildirilib.

Həmkarlar ittifaqlarının məlumatına görə, ölkə üzrə noyabrın 5-nə 244 etiraz aksiyası planlaşdırılıb.

Aksiyalarla əlaqədar Fransada ictimai asayişin qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, dəmir yolu nəqliyyatında isə müəyyən fasilələrin yaranması gözlənilir.

Etirazlar əsasən yaşayış xərclərinin artması və əməkhaqqının yüksəldilməsi tələbləri ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm