Avropa
Üçtərəfli görüşə hazırlıq başladı
Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-dan 11-dək Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə ciddi hazırlıq işləri aparılır.
Publika.az xəbər verir ki, buu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Qriqori Karasin Lenta.ru-ya müsahibəsində bildirib.
“Ümid edirik ki, orada Ukraynadakı böhranla bağlı bütün məsələlər bu və ya digər şəkildə müzakirə olunacaq. Əsas gündəlik məsələsi ən geniş mənada Rusiya və Ukrayna üçün təhlükəsizlik təminatlarının müəyyənləşdirilməsidir. Lakin Ukraynanın və onun himayədarlarının məlum danışıqlar aparmaq qabiliyyətsizliyini nəzərə alsaq, bunu demək həyata keçirməkdən daha asandır”, – deyə Karasin bildirib.
Senator üçtərəfli görüşün yeni cəhdinin müsbət nəticələr verəcəyini və Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına doğru irəliləyişin yeni mərhələsinə yol açacağını istisna etməyib.
Hüseyn İbadlı
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək














.jpg)


.jpg)


.png)

















