Avropa
Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası ilə bağlı Filippində aparılan polis araşdırması onun ögey qardaşı Tomas Marklı da əhatə edəcək şəkildə genişləndirilib.
Publika.az “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, Filippinin daxili işlər naziri Xuanito Viktor Remulla Manilada keçirdiyi mətbuat konfransında Tomas Marklın hazırda istintaq çərçivəsində maraq doğuran şəxs hesab edildiyini bildirib. Nazirin sözlərinə görə, onun mümkün cinayətdə iştirakına dair müəyyən məlumatlar mövcuddur. Bununla belə, Tomas Markla hələlik şübhəli şəxs statusu verilməyib.
Remulla qeyd edib ki, polisə yetkinlik yaşına çatmayan qızların Tomas Markl-Cuniorun Filippinin Kordova şəhərində yerləşən evinə aparılması ilə bağlı məlumatlar daxil olub.
“Bizdə yetkinlik yaşına çatmayan qızların onun evinə gətirildiyini bildirən şahidlər var və hazırda bu məlumatları araşdırırıq”, – deyə nazir vurğulayıb.
Hazırda araşdırma davam edir. Səsləndirilən iddialarla bağlı hər hansı şəxsin təqsiri məhkəmə qaydasında müəyyən edilməyib.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

















.jpg)







.jpg)





.jpg)




