Ukrayna ilə bağlı qorxulu proqnoz
Bizi izləyin

Avropa

Ukrayna ilə bağlı qorxulu proqnoz

Ukrayna ilə bağlı qorxulu proqnoz

Ukraynada hərbi münaqişənin uzanması ölkənin ciddi demoqrafik problemlərlə üzləşməsinə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.

Nəşrin hesablamalarına görə, 2022-ci ildən bəri Kiyevin nəzarətində olan ərazilərin əhalisi 37 milyondan 27-28 milyon nəfərə qədər azalıb. Təxminən 5 milyon ukraynalı digər ölkələrdə, əsasən Avropada yaşayır.

Jurnalın məlumatına görə, ölkədə doğum əmsalı 0,8-0,9-a düşüb. Halbuki əhalinin təbii artımını təmin etmək üçün bu göstərici 2,1 olmalıdır. Bu ilin birinci yarısında ölüm sayı doğum sayını üç dəfədən çox üstələyib.

Nəşr, həmçinin qeyd edir ki, Ukrayna 2,5 milyon nəfərlik işçi qüvvəsi çatışmazlığı ilə üzləşib. Bu səbəbdən ölkə gələcəkdə əmək bazarındakı boşluğu doldurmaq üçün xarici işçi qüvvəsinə ehtiyac duya bilər.

“The Economist”in istinad etdiyi proqnoza əsasən, mövcud demoqrafik meyillər davam edərsə, 2040-cı ilədək Ukraynanın əhalisi təxminən 25 milyon nəfərə enə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm