Makrona etimad səviyyəsi aşağı düşdü
Bizi izləyin

Avropa

Makrona etimad səviyyəsi aşağı düşdü

Makrona etimad səviyyəsi aşağı düşdü

Fransa Prezidenti Emmanuel Makrona ictimai etimad səviyyəsi 13 faizə enərək sələfi Fransua Ollandın prezidentliyinin son dövründə qeydə alınmış göstəricidən də aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Les Echos” qəzeti “Elabe” şirkətinin keçirdiyi sorğunun nəticələrinə istinadla məlumat yayıb.

Noyabrın 3-4-də 1000 nəfər arasında keçirilən sorğuya əsasən, respondentlərin 13 faizi Makrona etibar etdiyini bildirib. 82 faiz isə prezidentə etimad göstərmədiyini qeyd edib. Onlardan 60 faizi dövlət başçısına ümumiyyətlə etibar etmədiyini vurğulayıb.

Müqayisə üçün, 2016-cı ilin noyabrında Fransua Ollanda etimad səviyyəsi 14 faiz təşkil edib. Nəşrin məlumatına görə, hər iki göstərici “Elabe”nin sorğularında Fransa prezidentləri üçün rekord aşağı nəticələrdir.

“Elabe” şirkətinin rəhbəri Bernard Sananes etimadın azalmasını Makronun prezidentlik fəaliyyətinin nəticələri, qiymət artımı və adi vətəndaşların gündəlik problemlərindən uzaq olması ilə əlaqələndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm