Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi
Bizi izləyin

Avropa

Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi

Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi

Kiyevin maliyyələşdirilməsini nəzərdə tutan "ERA" proqramı çərçivəsində 2024-cü ildən 2026-cı ilə qədər Ukraynaya köçürülən vəsaitin ümumi məbləği 49,4 milyard dollara çatıb. Proqramda dondurulmuş Rusiya aktivlərindən gələn gəlirlərdən istifadə edilir.

Publika.az xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. Nəşr Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına istinad edib.

Qeyd edilib ki, bu ilin əvvəlindən bəri Ukrayna Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək "Yeddilər Qrupu" (G7) ölkələrindən təxminən 10,5 milyard dollar maliyyə yardımı alıb.

Xatırladaq ki, Rusiya Ukraynaya qoşun yeridəndən, müharibə başlayandan sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq aktivlərini dondurdu. Bu aktivlərin əksəriyyəti isə Belçikanın "Euroclear" depozitariyasında saxlanılır.

2024-cü ilin oktyabr ayında G7 ölkələri Ukraynaya dondurulmuş Rusiya aktivlərindən 50 milyard dollar kredit vermək planı barədə razılığa gəldilər. Bunun 20 milyard dolları ABŞ, qalan 30 milyard dolları isə Avropa İttifaqı və digər G7 üzvləri tərəfindən təmin ediləcək.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm