Avropa
Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
Fransada Milli Təhsil, ali təhsil və elmi-tədqiqat sektorlarının həmkarlar ittifaqları noyabrın 10-da müəllimləri, təhsil işçilərini və tələbələri ümummilli tətilə və etiraz aksiyalarına çağırıb.
Publika.az xəbər verir ki, təşkilatların bəyanatında noyabrın 5-də keçirilən ümummilli tətil və nümayişlərin uğurlu olduğu, beş həftədir davam edən etirazların hökuməti müəyyən güzəştlərə getməyə məcbur etdiyi bildirilib.
Bununla belə, təhsil müəssisələrində iş yerlərinin artırılması, maliyyələşmə, məktəb binalarının vəziyyəti və ali təhsilə çıxışla bağlı hökumətin açıqladığı tədbirlər yetərsiz hesab olunub.
Həmkarlar ittifaqları əməkhaqlarının artırılmasını, dövlət qulluqçularının əməkhaqqı indeksinin dondurulmasının dayandırılmasını, ali təhsil müəssisələrində 150 min əlavə təhsil yerinin maliyyələşdirilməsini və tədris-tədqiqat fəaliyyəti üçün 15 min daimi ştatın yaradılmasını tələb edirlər. Eyni zamanda, müəllim və digər təhsil işçilərinin sayının artırılması, müvəqqəti əməkdaşların daimi ştata keçirilməsi, məktəb və universitet binalarının yenilənməsi, elmi-tədqiqat sahəsinin davamlı maliyyələşdirilməsi əsas tələblər sırasındadır.
Bəyanatda lisey şagirdlərinə qarşı polis müdaxiləsi, universitet kampuslarının inzibati qərarlarla bağlanması və tələbələrin toplantı hüququnun məhdudlaşdırılması da kəskin tənqid olunub.
Təşkilatlar, həmçinin 2027-ci il büdcəsində nəzərdə tutulan iş yerlərinin ixtisarının ləğvini tələb edirlər. Onların fikrincə, hökumətin geri addım atması üçün etiraz hərəkatı daha da genişləndirilməlidir.
Həmkarlar ittifaqları noyabrın 10-da keçiriləcək aksiyalardan sonra etirazların davam etdirilməsi ilə bağlı növbəti addımları müzakirə edəcəklərini açıqlayıb.
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı
-
Hadisə15:46FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Video
-
Nəqliyyat14:27Xəzərdə təhlükəli hava şəraiti olacaq - Xəbərdarlıq




























.jpg)








.jpg)
