Lionda etiraz aksiyası gözyaşardıcı qazla dağıdıldı
Bizi izləyin

Avropa

Lionda etiraz aksiyası gözyaşardıcı qazla dağıdıldı

Lionda etiraz aksiyası gözyaşardıcı qazla dağıdıldı

Polis əməkdaşları Lion şəhərində icazəsiz nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Publika.az xəbər verir ki, Bu barədə BFM TV telekanalı məlumat yayıb.

"Manufacture des Tabacs" tütün fabrikinin qarşısına bir neçə yüz nəfər toplaşıb. Saat 14:00 radələrində burada 300-400 nəfər iştirakçı olub, əraziyə çoxsaylı polis qüvvələri cəlb edilib.

"Lutte ouvrière" təşkilatının rəhbərlik etdiyi yürüşün əvvəlcə Jan-Mase meydanına doğru hərəkət etməsi planlaşdırılsa da, polisin sıx mühasirəsi səbəbindən iştirakçılar Vivye-Merl bulvarı ilə irəliləyiblər.

Bundan sonra asayiş keşikçiləri etirazçıların irəliləməsinin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Rona prefekturası bir neçə yüz nəfərin “icazəsiz toplantı” çərçivəsində avtomobil yolunu tutduğunu təsdiqləyib və bunu “ictimai asayişin pozulması” kimi qiymətləndirib.

İştirakçılara dağılışmaq barədə çağırış edilib. Lakin prefekturanın bildirdiyinə görə, “kütlə çağırışa tabe olmayıb” və bundan sonra gözyaşardıcı qazdan istifadə olunub.

Lion şəhər hakimiyyəti xatırladıb ki, bu günə qədər şəhər mərkəzində yürüş və toplantıların keçirilməsi qadağan edilib.

Bu, həmkarlar ittifaqları və gənclər təşkilatları, eləcə də “sarı jiletlilər” tərəfindən təşkil olunan ümumölkə səfərbərliyi çərçivəsində ardıcıl dördüncü şənbə aksiyasıdır. İğtişaşların qarşısını almaq üçün ölkə üzrə təxminən 70 min polis və jandarm əməkdaşı səfərbər edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm